Fransa XİN Milli Assambleyanın binasında iki azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə döyülməsi faktını pisləyib

Fransa Xarici İşlər Nazirliyi fevralın 26-da Milli Assambleyanın binasında Azərbaycan diasporu nümayəndələrinin ermənilər və parlamentin üzvü Fransua Roşebloun tərəfindən döyülməsi faktına münasibət bildirib.

Nazirlikdə bu gün keçirilən onlayn mətbuat konfransında APA-nın Avropa bürosunun sualını cavablandıran Fransa XİN-in mətbuat katibi Filipp Layo bu hadisəni pislədiklərini deyib: "Biz belə bir hadisənin baş verməsindən təəssüflənirik və fevralın 26-da Milli Assambleyanın binasında baş vermiş bu zorakılıq aktını pisləyirik. Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinin yalnız dialoq yolu ilə mümkünlüyünə inanır və ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanla Azərbaycan arasındakı bu dialoqun tərəfdarı kimi öz üzərinə götürdüyü vəzifəni bir daha təsdiq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00