Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında Parisdə Azərbaycan diaspor üzvlərinin döyülməsinə etiraz olaraq aksiya keçirilib. Aksiyanı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təşkil edib. ATGTİ  sədri Şahin İsmayılovun APA-ya verdiyi məlumata görə, aksiyada Fransada Azərbaycan diaspor üzvlərinin döyülməsinə etiraz bildirilib və həmin hadisə pislənib. Ş. İsmayılov bildirib ki, səfirlik nümayəndələri səfirin işdə olmadığını əsas gətirərək tədbirin qətnaməsini qəbul etməyiblər.  Polis aksiyaya müdaxilə etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00