Milli QHT Forumu “Sumqayıt hadisələri 25 ildən sonra” adlı tədbir keçirdi

Milli QHT Forumu 28 fevral 2013-cü il Beynəlxalq Mətbuat Mərkəzində Sumqayıt hadisələrinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə çıxış edən Forumun prezidenti Rauf Zeyni 1988-ci il fevralın 27-28-də Sumqayıt şəhərində baş verən hadisələrdən danışaraq bildirib ki, SSRİ təhlükəsizlik orqanları tərəfindən təşkil edilən bu hadisələr Azərbaycan tarixində təxribat kimi yadda qalıb. Hadisələrin əvvəlcədən planlaşdırıldığını deyən R. Zeyninin sözlərinə görə, olaydan bir həftə əvvəl şəhərdə ermənilər arasında bir həyəcan yaşandığı görünürdü: "Hadisələrdən əvvəl əhali arasında söz-söhbət gedirdi. Bir həftə əvvəl polislərin silahlarının yığışdırılması, ermənilərin təşviş içində baklardan pullarını çıxarması Sumqayıt hadisələrinin baş verəcəyindən xəbər verirdi".

R. Zeyni qeyd edib ki, Moskva və Ermənistan rəhbərliyi tərəfindən hadisənin təşkil olunmasında məqsəd Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, Azərbaycanın imicinə zərbə vurmaqdan ibarət idi. Sumqayıt hadisələrinə artıq hüquqi qiymət verilməsinin vacibliyini bildirən R. Zeyni hesab edir ki, hadisənin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmağın lazımdır. Daha sonra Vaqif Ağayev,Sücəddin Abdullayev,ATXƏM-in sədri İlham İsmayılov,İradə Rizazadə, Gülsel Səfərova çıxış edərək məsələyə öz münasibətlərini bildirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00