Qadın QHT Forumunun Fransada azərbaycanlı gənclərin döyülməsi ilə bağlı bəyanat yayıb

Qadın QHT Forumu Fransada döyülən iki azərbaycanl tələbə ilə bağlı kəskin etirazını bildirir və bunu ədalətin boğulması kimi qəbul edir. Bu cür hərəkət, Fransa kimi demokratik bir ölkənin imici haqqında mənfi rəy formalaşdırır. Söz və fikir azadlığının pozulması yolverilməzdir. Fransa hüquq-mühafizə orqanlarından bu rəzalətli hadisənin hüquqi çərçivədə araşdırılmasını və günahkarılaırn cəzalandırılmasını tələb edrik.  Bizim üçün ağırdır ki, Fransa ali qanunverici orqanı təmsilçisinin də bu rüsvayçı və biabırçı hadisədə qızışdırıcı mövqeydən çıxış edib və bununla da Avropa dəyərlərini aşağılayıb. Bu hadisə onu göstərir ki, bütün dünyaya səpələnmiş və o cümlədən Fransada olan erməni diasporunun nümayəndələri istədikləri hərəkəti edirlər və bunun qarşısında hökumətlər acızdır. Bu faktın özü Avropanın və mütərəqqi dünyanın erməni təzyiqi qarşsında geri çəkilməsinin bariz nümunəsidir. Qadın QHT Forumu olaraq bu olyaı pisləyirik və qeyd etmək istəyirik ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi daha neytral və ədalətli mövqe sərgiləməlidir. Qoy Fransa senatorları Ermənistanın işğalçı siyasətini dəstəklədikləri zaman, bir dəfə də Azərbaycanda ağır həyat tərzinə məhkum edilmiş bir milyona yaxın azərbaycanlı köçkün və qaçqınları da düşünsünlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00