ATƏT daxilində ciddi islahatlara ehtiyac var
28 Fevral 2013 13:43 Siyasət"ATƏT PA ilə Demokrtaik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətindən narazıdır. Çünki bu fəaliyyətlərin koordinasiya edilməsində problemlər var". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, bu da ayrı-ayrı ölkələrdə seçkilərin müşahidə edilməsində ciddi əngəllər yaradır: "Ayrı-ayrı hesabatlar verilir ki, bəzən bir-birindən çox fərqlənir. Belə hallar isə bütövlükdə qurumun özünə və seçki monitorinqinə inamı azaldır. Bu qurum özünü təsdiq etmək üçün ciddi tədbirlər görməli və struktur islahatlarına diqqət yetirməlidir". Bahar Muradovanın sözlərinə görə, öz daxilində problemləri çözə bilməyən qurumun Dağlıq Qarabağ kimi düyünə düşmüş bir problemi həll edəcəyini düşünmək sadəlövhluk olardı: "Amma buna baxmayaraq, biz təşkilatın vasitəçiliyindən imtina etməməliyik. Çünki bu, böyük tribunadır və ondan istifadə etməliyik".