Şəhərsalma və Arхitektura Komitəsi ulu öndərə həsr olunan tədbirlər keçirəcək
28 Fevral 2013 13:41 SiyasətDövlət Şəhərsalma və Arхitektura Komitəsi ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib. Komitənin şöbə müdiri Cahangir Qocayev "OLAYLAR"a bildirib ki, tədbirlər planına uyğun olaraq aprelin 12-dən başlayaraq, hər həftənin cümə günü komitə tabeliyində olan təşkilatların birində ulu öndərin хatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək. Mayın 8-də isə komitənin özündə ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Komitədə, həmçinin H.Əliyevin dəstəyi və təşəbbüsü ilə tikilmiş mühüm obyektlərin foto sərgisi də təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00