ATƏT sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsi regiona gələcək

ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin qrafikinə uyğun olaraq may ayında Cənubi Qafqaz bölgəsinin hər üç dövlətinə səfər edəcəyi nəzərdə tutulub.  "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova səsləndirib. Bildirib ki, səfər zamanı müvafiq görüşlər keçiriləcək: "Bu səfərin nəticəsi olaraq qurumun yay sessiyasında vəziyyətə dair hesabatla çıxış edəcək. Onlar hər sessiyada qısa hesabatlar təqdim edirlər. Yəni bu hesabat keçmiş xüsusi nümayəndə Qoran Lenmarkerin hazırladığı geniş məruzə kimi deyil. Ona görə də, belə bir səfər əhəmiyyətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00