Rusiya ABŞ və Qərbin planlarının əsas təkib hissəsidir
Zərdüşt Əlizadə: “Vladimir Putinin “Avrasiya İttifaqı” layihəsinin gerçəkləşmə ehtimalı 100 faizlik miqyasda 0.1%-dən yuxarı deyil”
28 Fevral 2013 13:12 SiyasətRusiya prezidenti Müdafiə Nazirliyi rəsmiləri ilə keçirdiyi toplantıda dünyadakı strateji sabitliyin pozulma nöqtəsinə gəldiyini və bu səbəbdən Avrasiya bölgəsində birgə əməkdaşlığın vacib olduğunu söyləyib. Putin ABŞ-ın təhdidlərinə qarşı birliyin yaradılmasının vacibliyini bildirib. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə Vladimir Putinin "Avrasiya İttifaqı" layihəsinin gerçəkləşmə ehtimalı 100 faizlik miqyasda 0.1%-dən yuxarı deyil: "Çünki, Rusiyanın özü qlobal Qərb layihəsinin tərkib hissəsidir. Kreml bütün maliyyə qaynaqlarını Qərbin əlinə verib. Qərb Rusiyanın hərbi sənaye və elmi potensialını məhv edib, proses eyni şəkildə davam edir. Putin sadəcə olaraq imperiya istəkləri ilə çulğalaşmış qüvvələri təskinləşdirməyə çalışır. Ona görə də mənasız "Avrasiya İttifaqı" layihəsini ortaya atıb. Hərbi qüdrəti, büdcəsi, iqtisadi potensialı Amerikadan 10 dəfə az olan Rusiya ABŞ və Qərblə qlobal mübarizədə qalib gəlmək şansına malik deyil. Postsovet məkanındakı sabitsizliyin günahkarı ABŞ yox, Rusiyanın alçaq, ədalətsiz xarici siyasətinin nəticəsidir". ("OLAYLAR" İA)