Xocalı Soyqırımı ilə bağlı İsveç Parlamentində görüş
28 Fevral 2013 12:51 Siyasətİsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə cəmiyyətinin sədri Nadir Hollenbrand və Türk Federasiyasının sədri Həsən Dölək tərəfindən İsveçə dəvət olunmuş Azərbaycan millət vəkilləri Elton Məmmədov və Elman Məmmədovun İsveç Krallığındakı rəsmi görüşlər keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, İsveç Parlamentinin vitse spikeri Ulf Holmun başçılıq etdiyi Riksdaq rəsmiləri ilə görüşdə Xocalı Faciəsi haqda geniş məlumat verilib. Həmçinin, faciə zamanı lentə alınmış fotoşəkillər yerləşdirilmiş CD-lər və Xocalı faciəsini əks etdirən ingilis dilində nəşr edilmiş kitablar təqdim olunub. Fotoşəkillərə dəhşət dolu baxışlarla baxan Riksdaq rəsmiləri bu mövzuyla əlaqədar əllərindən gələni edəcəklərinə dair azərbaycanlı millət vəkillərinə söz veriblər.