DAK Kərkük türkləri ilə görüşüb
28 Fevral 2013 12:49 SiyasətDünya Azərbaycanlıları Konqresinin həmsədri Firidun Pərvizniyanın rəhbərlik etdiyi nümayəndə heyətinin İraqa 4 günlük səfəri başa çatıb. Konqresdən "OLAYLAR"-a verilən məlumata görə, səfər çərçivəsində DAK nümayəndə heyəti Bağdadda İraqın gələcək inkişafına həsr olunan beynəlxalq konfransda iştirak edib. Həmçinin səfər çərçivəsində nümayəndə heyəti İraqın bir sıra yüksək rütbəli şəxsləri ilə də görüşüb.
Bağdadda DAK rəhbərliyinin Kərkük türkləri ilə görüşü olub, konqresin İraq nümayəndəliyinin təşəbbüsü ilə "Xocalı soyqırımı"nın ildönümü ilə əlaqədar müzakirə masası təşkil edilib. Səfər zamanı DAK nümayəndə heyəti Kərbəlada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarını, İmam Hüseynin (ə.s.) məqbərəsini və Kazimeyi şəhərində İmam Museyi Kazımın məqbərəsini də ziyarət edərək, İraqlı böyük din xadimi Seyid Eli El-Vaiz ilə də görüşüblər.