ABŞ Azərbaycanla bağlı Rusiyaya ciddi xəbərdarlıq edir - AÇIQLAMA
Vəfa Quluzadə: “ABŞ Azərbaycanın təhlükəsizliyində maraqlıdır”
28 Fevral 2013 12:29 SiyasətABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər komitəsində "Avrasiyada hərbiləşdirilmiş islam təhlükəsi" mövzusunda dinləmələr keçirilib. "İrs" Fondunun eksperti Ariel Koen Amerika hökumətinə Azərbaycan və Gürcüstanla gerçəkləşdirilən antiterror proqramını genişləndirməyi, həmçinin bu ölkələrə Rusiya ilə sərhədləri möhkəmlətməkdə kömək etməyi təklif edib. Natan Barrik və Amerika ordu Kollecinin professoru Steven Blank isə İrandan qaynaqlanan təhlükəni "qeyri-intensiv, lakin Azərbaycana qarşı ardıcıl və uzunmüddətli təxribat, terrorçuluq və təhdid kampaniyası" kimi xarakterizə edib. Blankın sözlərinə görə Azərbaycanın coğrafi mövqeyindən və enerji ehtiyatlarında qaynaqlanan təhlükəsizliyi ABŞ-ın həyati əhəmiyyətli maraqları dairəsinə daxildir. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə Azərbaycan ABŞ-ın dünyada ən əhəmiyyətli strateji məntəqələrindən biridir: "Ağ Ev bunu birmənalı şəkildə qəbul edir. Çünki, bu gün ABŞ Azərbaycandan əhəmiyyətli dərəcədə faydalanır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, həmçinin Azərbaycandan Avropaya çəkilən komnukasiya xətləri - neft, qaz kəmərləri, yaxın müddətə çəkiləcək Bakı-Axalkalaki-Qars dəmiryol xətti - bunların hamısı Qərb və ABŞ üçün strateji proyektlərdir. Ona görə də ABŞ Azərbaycanın təhlükəsizliyində maraqlıdır. Azərbaycana ən böyük təhlükə Rusiyadan gəlir. Amerika Rusiyaya mesaj göndərir ki, "Azərbaycanla işiniz olmasın, ora bizim maraq dairəmizdədir!" Amerika Azərbaycan müstəqillik əldə etdikdən bu amillərə xüsusi önəm verir. Amerika üçün Azərbaycan həmişə əhəmiyyət daşıyıb, daşıyacaq da" ("OLAYLAR" İA)