Rəsul Quliyevin açıqlaması zərərlidir - ŞƏRH

"Əgər Rəsul Quliyev siyasətçilərin və siyasi qüvvələrin fəaliyyətini bəyənmirsə, o zaman zəhmət çəkib özü Azərbaycana gəlib əsl siyasi fəaliyyətlə məşğul olsun və cəmiyyətə nümunə göstərsin". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu ACP liderinin "Müxalifət partiyaları siyasətlə məşğul olmurlar" fikrinə münasibət bildirərkən səsləndirib. AMİP rəsmisi deyib ki, müxalifəti təftiş və tənqid etməkdənsə bu düşərgənin birliyi istiqamətində göstərilən fəaliyyətə dəstək verilməsi daha uyğun olardı: "Okeanın o tayından arada bir bəyanatlar vermək, açıqlamalar söyləmək, müxtəlif fikirlər yürütmək nə adlanır o zaman? Bəlkə Rəsul bəyin nöqteyi-nəzərincə siyasət belə olur?" Əli Oruclu hesab edir ki, müxalifətin əməkdaşlıq və inteqrasiya istiqamətində təşəbbüslərinin,  səylərinin artdığı indiki vaxtda Rəsul Quliyevin belə bir açıqlama verməsi zərərlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00