Fransa səfirliyinin qarşısında aksiya keçiriləcək
28 Fevral 2013 12:19 SiyasətÖlkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Fransada azərbaycanlı tələbələrin döyülməsi ilə əlaqədar bu gün Fransanın Bakıdakı səfirliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisinin qarşısında aksiya keçirəcək. "OLAYLAR"-a daxil olan məlumata görə, səfirliyin qarşısında toplaşacaq tələbə - gənclər azərbaycanlı tələbələrin Fransada təhlükəsizliklərinin təmin olunmasını və baş vermiş hadisə ilə bağlı rəsmi Parisin açıqlama verməsini tələb edəcəklər. Aksiya bu məqsədlə hazırlanmış xüsusi qətnamənin oxunulması ilə yekunlaşacaq. Aksiya ATƏT-in Bakı ofisinin qarşısında davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00