2015-ci ilin mədəniyyət paytaxtı Şuşa elan olunsun

Qənirə Paşayeva TÜRKSOY-a təklif verib

Ankaranın Qazi Universitetində təşkil edilən konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımının  bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni lobbisinin daha böyük səylər göstərəcəyini deyən millət vəkili Qənirə Paşayeva 2015-ci ildə TÜRKSOY-un mədəniyyət paytaxtı olaraq Ermənistanın işğalı altında olan və qədim mədəniyyət beşiklərimizdən olan Xocalı və ya Şuşa şəhərinin  elan olunmasını təklif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00