Əhmədinejad var-dövləti əlindən alınaraq həbs edilə bilər -FİKİR

Razi Nurullayev: “İranda prezident olmuş bir şəxsin sonradan istintaqa cəlb edilib var-dövlətinin müsadirə olunması tendensiyası var”

İran prezidenti Mahmud Əhmədinejad sağ əli sayılan İsfəndiyar Rəhim Məşainin prezidentliyə namizədliyinin qeydə alınmayacağı təqdirdə İranda prezident seçkilərinin keçirilməsinin mümkünsüz olacağını bildirib. İranın ali dini lideri Ayətullah Əli Xamneyi Əhmədinejadın bu qərarını sərt şəkildə qarşılayıb. "Xamneyi və Əhmədinejad arasında olan soyuqluq İranda indiyədək baş verən proseslərin məntiqi davamıdır. Dünya dövlətlərinin hamısı İran hakimiyyətinin qeyri-demokratik olmasını birmənalı şəkildə qəbul edir, amma İranın özünə məxsus şəkildə bir demokratiyası var. İranda belə bir tendensiya var ki, ölkədə prezident olmuş bir şəxsin sonradan istintaqa cəlb edilməsi, var-dövlətinin əlindən alınması və s. məsələlər mümkün olur" deyən AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevin sözlərinə görə, Mahmud Əhmədinejadın hakimiyyəti dövründə apardığı siyasi gedişlərində İrana baha başa gələcək elementlər olub: "Əhmədinejad gələcək siyasi fəaliyyətini, şəxsi həyatını sığortalamaq üçün, ikincisi cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını almaq üçün özündən sonra hakimiyyətə öz adamlarını yerləşdirməyə çalışır. Çünki, Əhmədinejadın hakimiyyəti dövründə İran beynəlxalq təşkilatların, Qərbin, ABŞ-ın ciddi iqtisadi sanksiyaları ilə üzləşməsi, İranın nüvə proqramı çərçivəsində uranın zənginləşdirilməsində çox da irəliyə gedə bilməməsi Əhmədinejadın avtobioqrafiyasına mənfi hal kimi qeyd edilib. Əhmədinejaddan sonra hakimiyyətə gələn dövlət başçısı hazırkı prezidenti günahlan dırararaq qeyd edilən məsələləri yenidən gündəmə gətirə bilər. Ola bilsin ki, bununla əlaqədar olaraq Mahmud Əhmədinejadın həyatı məhkəmələrdə keçsin. Əhmədinejad da bunları nəzərə alaraq şəxsi həyatının təhlükəsizliyini sığortalamağa çalışır. Üçüncü məsələ ondan ibarətdir ki, Əhmədinejad iki dəfə seçilməsinə baxmayaraq arzusunda olduğu öhdəlikləri yerinə yetirə bilmədi. Digər tərəfdən prezidentin özündən sonra hakimiyyətə gətirdiyi adam vasitəsilə bu arzularını həyata keçirməyə də səy göstərə bilər. Sadalanan bu üç məsələ Mahmud Əhmədinejadı olduqca narahat edir" ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00