Gürcüstan prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi keçirildi

Fevralın 27-də Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfər gəlib. Qarşılanma mərasimində Saakaşvilinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstan prezidenti M. Saakaşvili və xanımı Sandra Elizabet Rulofsu Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar. Prezident İlham Əliyev ali qonağı Azərbaycanın dövlət və hökumət nümayəndələrini təqdim edib. Fəxri qarovulun rəsmi keçidindən sonra dövlət başçıları və xanımları xatirə şəkili çəkdiriblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00