Bahar Muradova: “ATƏT-in prioritet prinsipləri qorunmalıdır”

"Bu gün dünyada baş verən proseslərin idarə olunmasında müəyyən beynəlxalq dairələrin rolunu inkar etmək mümkün deyil. Doğrudur, həmin dairələr çalışırlar ki, öz mövqelərini beynəlxalq hüququn çərçivələrinə salaraq ona qanuni don geyindirsinlər, amma həm siyasi, həm hərbi, həm də iqtisadi gücün kimlərdə üstünlük təşkil etdiyini hər kəs bilir, o cümlədən, onlar məsələləri istədikləri istiqamətə yönəltmək və istədikləri qərarları almaq üçün çox geniş imkanlara malikdirlər". Bunu deyən Milli Məclisin sədr müavini Bahar Muradovanın sözlərinə görə, dünyada müəyyən yeniliklərin baş verməsi qanunauyğunluq olsa da, beynəlxalq hüquqda dəyişməyən prinsiplər də olmalıdır: "Ölkələrin ərazi bütövlüyü, suverenliyi, dövlətlərin bir-birinin daxili işinə qarşımaması və sair dəyişməz prinsiplər olaraq qalmalıdır. Bu mənada, ATƏT-in prioritet prinsipləri qorunmalıdır. Amma bu prinsiplərin hazırki şəraitdə necə həyata keçirliməsi yolları tapılmalıdır. Bu imkanlar var, amma sadəcə, siyasi iradə, konkret mövqe və cəsarət lazımdır ki, dünyanı təhdid edən təhlükələrdən vaxtında qurtulmaq mümkün olsun. Bizim də bir ölkə olaraq işimiz yalnız bu təşkilatları tənqid etmək yox, eyni zamanda bərabərhüquqlu üzv kimi onları içəridən dəyişməyə yönəlmiş fəaliyyətdə iştirak etmək olmalıdır və biz də buna çalışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00