İran tutduğu mövqedən geri çəkilməyə məcburdur - AÇIQLAMA

Hikmət Hacızadə: “Rəsmi Tehran Qərblə ortaq məxrəcə gəlməsə İranın düşdüyü pis vəziyyət özünü ən qorxulu şəkildə göstərəcək ”

İranın nüvə proqramı ilə bağlı Qərblə razılığa gəldiyi bildirilir. Razılaşmaya əsasən rəsmi Tehran Qərb dövlətləri ilə müzakirələri davam etdirəcək. Danışıqlar İstanbulda aparılacaq. Məsələyə münasibət bildirən politoloq Hikmət Hacızadənin sözlərinə görə fars hakimiyyətinin İran ətrafında yaranmış sərt ab-havanı yumşaltmaq üçün bu cür addım atması təqdirə layiq haldır: "Hər halda İranın belə bir təşəbbüsə razı olması müsbət addım kimi qiymətləndirilməlidir. Bu gün İran ətrafında çətin vəziyyət yaranıb, dövlət nüvə proqramına görə çıxılmaz darana dirədilib. Belə bir məqamda İranın bu cür addıma getməsi hər halda bəyəniləndir. Qərb İranla bağlı şübhələrinə aydınlıq gətirəndən sonra rəsmi Tehrana qarşı mümkün olan müharibə variantı da rədd edilə bilər. İndiki vəziyyət ondan sonra da davam etsə İran üçün qorxulu vəziyyət özünü ən pis şəkildə göstərəcək. Bu daha çox İranın tutduğu mövqedən asılı olacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00