Xarici dairələr Ermənistanı provakasiyaya çəkə bilərlər
27 Fevral 2013 16:16 Siyasət"Biz Ermənistanı hər tərəfdən küncə sıxışdırmışıq, buna görə də, Ermənistanın inkişaf perspektivi yoxdur". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Rasim Musabəyov deyib ki, hazırki vəziyyət işğalçı dövlət üçün arzuolunan deyil: "Xarici himayədarları Ermənistanı bu durumdan çıxarmağın yollarını axtarır. Buna görə də, həmin dairələr erməniləri provakasiyaya çəkə bilərlər. Ona görə də lazımdır ki, ordumuz o qədər güclü olsun ki, bu cür provakasiya nəticəsində hərbi əməliyyatlar bərpa olunarsa qarşı tərəfə layiqli cavab versin. Bu mənada, hazırda ordumuzun daha da güclənməsi üçün görülən işlər təqdirəlayiqdir. Təbii ki, belə bir provakasiya nəticəsində vəziyyətin pozulmasının günahı Ermənistanın boynunda olacaq. Bu halda BMT Təhlükəsizlik Şurası Azərbaycanın mövqeyini müdafiə edə bilər".