Əhmədinejaddan dini liderə qarşı radikal addım
27 Fevral 2013 16:02 Siyasətİran prezidenti Mahmud Əhmədinejad ölkə siyasətini qarışdıra biləcək bəyanat verib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İran prezidenti sağ əli sayılan İsfəndiyar Rəhim Məşainin prezidentliyə namizədliyinin qeydə alınmayacağı təqdirdə İranda prezident seçkilərinin keçirilməsinin mümkünsüz olacağını söyləyib. İranın ali dini lideri ayətullah əli Xomneyinin isə Əhmədinejadın bu açıqlamasını hiddətlə qarşıladığı bildirilir. Məlumatı İngiltərədə yayımlanan "The Times" qəzeti İran rəsmilərindən birinə istinadən yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00