Rusiya və İran Suriyanı itirib - AÇIQLAMA
Ərəstun Oruclu: “Qərbin Yaxın Orta Şərq planında ABŞ-a arxa çevirmək kimi niyyəti yoxdur”
27 Fevral 2013 14:13 SiyasətQərbin ABŞ-ın Suriya planında Ağ Evin Rusiya və İrana güzəştə gedəcəyi barədə şərhlər verilməyə başlanıb. Siyasi analitiklər bunu Qərbin son zamanlarda Suriya məsələsində nümayiş etdirdiyi passivliklə əlaqələndirirlər. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə Qərbin Suriyanı Rusiya və İrana güzəştə gedəcəyi o qədər də inandırıcı deyil: "Əli minlərlə insan qanına batmış Bəşər Əsəd rejimi nə İrana, nə də ki, Rusiyaya lazımdır. Odur ki, qüvvələrin hansı maraqları müdafiə etməsindən asılı olmayaraq Əsəd rejimi devriləcək. Qərbin ABŞ-ın strateji maraqlarını arxa plana keçirməsi də o qədər inandırıcı deyil. Çünki, Qərb heç vaxt ABŞ-a arxa çevirməyəcək. Bu gün Qərbin Yaxın Orta Şərq planında ABŞ-a arxa çevirmək kimi niyyəti yoxdur. İstənilən halda Qərb Amerikanı dəstəkləyəcək. Bu gün isə Qərbin Amerikanın strateji maraqlarını Rusiya və İrana güzəştə getməyin izi belə görünmür" ("OLAYLAR" İA)