TBMM-nin Xarici Əlaqələr Komissiyası bəyanat yayıb
27 Fevral 2013 14:13 SiyasətTürkiyə parlamenti xarici əlaqələr komissiyasının sədri Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanat yayıb Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, parlamentin xarici əlaqələr komissiyasının sədri Volkan Bozkırın yaydığı bəyanatda deyilir ki, bu qətliamı bir daha kədərlə anmaq və qınamaqla yanaşı, Türkiyə azərbaycanlı qardaşlarının Xocalıda qarşı-qarşıya qaldıqları bu vəhşətin acısını hər zaman hiss edir və dərin duyğularla paylaşır. Barbar təcavüzün nəticəsində 1 milyona yaxın azərbaycanlı qardaşımız yurdlarını tərk etmək məcburiyyətində qalmış, 20 ildir köçkün həyatı yaşayır. Bu cinayətlərin təkrar olunmaması üçün beynəlxalq birlik qətliama layiq olduğu qiyməti verməli və lazımi etiraz nümayiş etdirməlidir. Bu məsələdə azərbaycanlı qardaşlarımızla həmrəylik içərisində olduğumu ifadə etmək istəyirəm. Eyni zamanda, Ermənistana da işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi müraciətini təkrarlamağı vacib bilirəm.