Xocalı qətliamı Vaşinqonda anılıb

Doğma Azərbaycanda və həmvətənlərimizin yaşadığı dünyanın dörd bir səmtində olduğu kimi, fevral ayının 26-da Xocalı qətliamının 21-ci ildönümü Vaşinqtonda keçirilmiş xüsusi mərasimdə anılmışdır. Mərasim Azərbaycan Respublikası Səfirliyi və ABŞ Azərbaycanları Şəbəkəsi tərəfindən Vaşinqton şəhərində fəaliyyət göstərən Höte adına alman mədəniyyət mərkəzində təşkil olunmuş mərasimə diplomatik korpus, dövlət qurumları, təhsil ocaqları, araşdırma mərkəzləri və yerli ictimaiyyət nümayəndələri və eləcə də Azərbaycan, türk, yəhudi və digər icmaların təmsilçiləri qatılmışlar.  Toplantıda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ Konqresinin İllinoys ştatından seçilmiş üzvü Rəndi Haltqren (Randy Hultgren), ABŞ Azərbaycanları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov və Vaşinqtonda fəaliyyət göstərən "Qarabağ Fondu"nun icraçı direktoru Diana Altman çıxış etmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00