Ermənilər atəşkəsi pozdu

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi  atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00