Türkiyə XİN: "Türkiyə nüvə silahının yaradılmasının əleyhinədir"

"Türkiyə hər hansı bir ölkənin nüvə silahının yaratmasının əleyhinədir".
Trend-in çərşənbə günü "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
XİN rəhbərinin sözlərinə görə, Türkiyə dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə texnologiyasının yaradılmasını dəstəkləyir.
"Türkiyə İranın BAEA şərtləri çərçivəsində dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə texnologiyalarının yaratmasını dəstəkləyir", - Davudoğlu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00