“Rusiya İran və Suriya məsələsində Qərbə üstün gəldi” - AÇIQLAMA

Qabil Hüseynli: “Moskva ABŞ üzərində tarixi qələbə qazanmağa yaxındır”

ABŞ dövlət katibi Con Kerri İran və Suriyaya kəskin xəbərdarlıq edərək, deyib ki, bu ölkələrin hökumətləri dəyişikliyi qəbul etməlidir, əks halda bunun nəticələri ilə qarşılacaqlar. "Con Kerridən əvvəl Hillari Klinton Suriya və İran mövzusunda buna bənzər bəyanatlar səsləndiriblər ki, artıq onların bu cür ifadələri insanda heç bir refleks doğurmur. Obama hakimiyyəti Suriya məsələsində ciddi xətalara yol verdi. Əvvəlcədən insanları qızışdırıb ayağa qaldırdılar, sonra da onlara heç bir yardım etmədilər. Burada birinci məsuliyyət ABŞ-ın üzərinə düşürsə, o qədər məsuliyyət də Aİ-nin üzərinə düşür. Demək olar ki, Suriyada 3 ildən artıqdır ki, vətəndaş müharibəsi gedir, ölkə demək olar ki, tamamilə dağıdılıb, ya müxalifət, ya da ki, Əsəd rejimi üstünlük qazana bilmir" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Qərb dövlətləri Suriyadakı vətəndaş müharibəsinə soyuqqanlı münasibət bəsləyir: "Bu cür açıqlamalar düzgün olmayan yanaşma tərzidir. Proseslər başlanılmayacaqdır, sadəcə olaraq ona təkan verən Qərbin müəyyən dairələri oldu. Suriya Azadlıq Ordusunun yaradılması və onun qiyama təşviq edilməsi də eyni ssenarinin tərkib hissəsidir. Bir neçə ərəb dövləti istisna olmaqla Qərb qızışdırdığı qüvvələrin arxasında dayanmadı. Ərəb dövlətləri isə yalnız müxaliflərə müəyyən qədər silah verməklə kifayətləndi. İran və Rusiya isə çox böyük prinsipiallıqla Qərbə meydan oxuyucu tərzdə bu prosesin arxasında dayandı. Rusiya bu gün də maddi qarşılıqsız Əsəd rejiminə lazım olan bütün növ silahları ötürür, İran isə canlı qüvvələrlə təmin edir. Rusiya və İran rejimin ayaqda durması üçün əllərindən gələni əsirgəmirlər. Amerika və Qərb Suriya məsələsinə çox laqeyd münasibət bəsləyirlər. Əgər müharibədə Bəşər Əsaəd qalib gəlsə, bu ABŞ və Qərbə o qədər də təsir etməyəcək. Qərb sanki, ABŞ Yaxın Orta Şərqdəki planlarını Rusiya və İrana qurban verməyə hazır görünür. Ola bilsin ki, ya Qərb dəyərlərinin erroziyası başlayıb, ya da ki, Qərb liderlərini məsuliyyətsizliyi kifayət qədər daralıb. Suriya və İranda baş verən siyasi prioseslərə şərh vermək o qədər də asan deyil. Qırğını başladıb, bunun arxasından qaçmaq ən böyük xəyanətdir. Əgər Con Kerrini açıqlaması kimi olmayacaqsa İran və Rusiya Suriyadakı proseslərin axarını tamamilə dəyişəcək. Faktiki olaraq bu iki dövlət Qərb üzərində özünün tarixi qələbəsini qazanacaq, Rusiya yenidən dünyada qibtə edilən tərəf olacaq və fövqəlqüvvə kimi dünyaya meydan oxuyacaq. İran da bu yolu qət edən dövlət olacaq, bundan sonra isə Qərbin məhşər günləri başlayacaq" ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00