Gənclərin “Xocalı Həftəsi”

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzinin yerli və xarici təhsil ocaqlarında başladığı "Xocalı həftəsi" başa çatıb. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə,  həftəlik bir sıra Avropa təhsil ocaqlarında və ölkəmizin bir sıra orta məktəblərində reallaşdırılıb. Həftəlik çərçivəsində Litva, Estoniya, Almaniya, Türkiyə, Rusiya və Fransadakı bir neçə ali məktəbdə, həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Hacıqabul, Ağcabədi və Füzulidə yerləşən bir sıra orta məktəbdə maarifləndirici görüşlər keçirilib, filmlər nümayiş etdirilib və faciəyə həsr olunmuş nəşrlər paylanıb. Mərkəzin Gəncə, Mingəçevir və Ağcabədi regional ofislərinin fəalları isə elektron poçtlar vasitəsilə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına və siyasətçilərinə Xocalı faciəsinə hüquqi qiymətin verilməsi ilə bağlı çağırışlar göndəriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00