Əkrəm Əylisli Ziyalılar Forumunu peşman edib - AÇIQLAMA
Sərdar Cəlaloğlu: “Ziyalılar Forumu cəmiyyətdən əvvəl Əkrəm Əylislini tənqid etməli idi”
26 Fevral 2013 17:03 SiyasətMətbuata açıqlama verən Ziyalılar Forumunun sədri Eldəniz Quliyev Əkrəm Əylislidən danışıb. E.Quliyevin sözlərinə görə Əkrəm Əylisli Ziyalılar Forumunun nüfuzuna zərbə vurub. Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə Ziyalılar Forumu cəmiyyətdən qabaq Əkrəm Əylislinin əsərinə münasibət bildirməli idi: "Azərbaycanda belə bir tendenisya var ki, heç kim özünə yaxın olan adamın nöqsanını ona demək istəmir. Bu tamamilə yalnışdır. Özünütənqid olmayan yerdə tənqid də olmayacaq. Əgər kimisə tənqid etmək istəyirsənsə birinci özündən başlamalısan. Ona görə də bu gün Ziyalılar Forumu özünü gözdən düşmüş hesab edir, bu təbiidir. Ən pisi də odur ki, Ziyalılar Forumu etdiyi səhvə görə özünü tənqid etmir. Əvvəldə də qeyd etdiyim kimi bu tendensiyanın Azərbaycanda mövcud olması mütləqdir. Əgər Ziyalılar Forumu Əkrəm Əylislinin "Daş yuxular"ını tənqid etsəydilər, bu gün də onlara qarşı neqativ münasibətlər də olmayacaqdı. Ən azından forum üzvləri bunu dostyana edə bilərdilər" ("OLAYLAR" İA)