Qalmaqallı deputat Azərbaycanı yenə təhqir etdi

Ermənipərəst fransız deputat Valeri Boyer Xocalıdan danışmaq istəmədi

Fransada qondarma erməni soyqırımı iddialarını rədd edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müəllifi, Marsel şəhərindən seçilmiş millət vəkili Valeri Boyer Türkiyə və Azərbaycanı hədələməyə, təhqir etməyə davam edir.
Türkiyənin "Cihan" xəbər agentliyinə danışan Boyer Xocalı qətliamı ilə bağlı nə isə danışmaqdan imtina edib. Millət vəkili qondarma Qarabağ rejiminin Azərbaycana rəğmən varlığını sürdürdüyü bildirib.
Ermənipərəst millət vəkili Qarabağa səfər etdiyi üçün Azərbaycanda arzuolunmaz şəxs elan edildiyini də bildirib.
V. Boyer "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırlması haqqında qanun layihəsinin yenidən parlamentə təqdim etdiyini deyib. Bunun üçün də təhlükəsizliyindən narahat olan fransalı deputat bir daha Türkiyəyə səfər etməyəcəyini açıqlayıb.
"Yaxşı ki, türk dilində bilmirəm. Amma fransız dilində də bir çox hədə məktubu almışam. Bir müddət polis mühafizəsi altında yaşamağa məcbur oldum. Mən fikrimi dəyişmədim. Lazım olanı etdim. Bundan sonrası prezident Fransua Ollandın verdiyi sözü yerinə yetirməsinə bağlıdır.
Boyer təklif etdiyi qanun layihələrinin Türkiyə ilə əlaqəli olmadığını iddia edib. Onun sözlərinə görə, istənilən cəza Fransa vətəndaşlarını və Fransada yaşayanları maraqlandırır.
Fransız millət vəkili Türkiyənin Avropa Birliyinə girməsinə də kəskin etirazını bildirib. O,Türkiyənin nə çoğrafi, nə də mədəni baxımdan Avropanın bir parçası olmadığını,Türkiyənin AB-yə üzvlüyünün qarşısında dayanan ən böyük maneələrdən birinin Kipr və erməni məsələsi olduğunu deyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00