Vahid namizəd heç nə edə bilməz

""Bu vəziyyətdə nə vahid, nə qeyri-vahid namizəd heç nə edə bilməz". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan "OLAYLAR"-a deyib ki, ilk növbədə seçki mühitinin normallaşdırılmasına nail olmaq lazımdır. Partiya sədri hesab edir ki, vəziyyət dəyişmədiyi təqdirdə prezident seçkilərində mübarizəyə qoşulmaq məna kəsb etmir: "Mövcud vəziyyəti birlikdə dəyişmək lazımdır. Bunun üçünsə müxalifət partiyalarının birgə fəaliyyət göstərməsi zəruridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00