Moskvada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyasının keçirilməsinə kimlər mane oldu? VIDEO

Aksiyanın ləğv edilməsinə səbəb kimi başqa ölkənin işinə qarışmağın yol verilməz olduğu göstərilib.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan etiraz aksiyası üçün Moskva meriyası tərəfindən verilən icazə ləğv edilib.
Aksiyanın ləğv edilməsinə səbəb kimi başqa ölkənin işinə qarışmağın yolverilməz olduğu göstərilib. Bu isə Moskvada yaşayan azərbaycanlıların etirazına səbəb olub. "Xocalıya ədalət" beynəlxalq kompaniyası çərçivəsində fevralın 28-də Moskvada XX əsrin ən qorxunc cinayətlərindən biri olan Xocalı soyqırımına həsr olunan rəsm sərgisi fəaliyyət göstərəcək.
Sərgidə Azərbaycandakı uşaq evlərinin balaca sakinləri tərəfindən çəkilən və Xocalı faciəsini özündə əks etdirən rəsmlər nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00