2014-cü il II Qarabağ müharibəsinə doğru aparır
II Qarabağ müharibəsinin istənilən nəticəsi siyasi qütblərin Cənubi Qafqazdakı geosiyasi maraqlarını dəyişəcək
26 Fevral 2013 16:12 SiyasətATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinə 20 illik səthi yanaşması hərbi əməliyyatların bərpa təhlükəsini artırır. Azərbaycanın artan hərbi potensialı və Ermənistanın sabitliyi pozmaq ambisiyaları Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirə bilər. Həm Azərbaycan, həm də ki, Ermənistan prezident seçkilərinə doğru getdiyi üçün 2013-cü il ərzində müharibənin başlanması təhlükəsi elə də inandırıcı görünmür. Münaqişənin həllində iştirak edən oyunçuların riskli qərarları və hazırda davam edən mövcud vəziyyət silsilə şəkildə uzansa yaxın gələcəkdə müharibənin başlanmasının qarşısını almaq çətin olacaq. Münaqişənin hərbi müstəviyə keçməsi və onun nəticəsi Cənubi Qafqazda xüsusi maraqları olan güclərin geosiyasi vəziyyətini dəyişəcək. Müharibənin nəticəsindən asılı olmayaraq Cənubi Qafqaz siyasi qütblərin döyüş poliqonuna çevriləcək. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçu heç də Ermənistan deyil. Cənubi Qafqazda sabitliyin pozulmasında 20 ildir ki, Rusiya məsul tutulur. Münaqişənin həlli yönündə Rusiyanın dominant mövqeyi problemin çözülməsinə maneə olur. Dağlıq Qarabağın Ermənistan-Azərbaycan masasında müzakirəsi keçid vəziyyəti, açıq-aydın müvəqqəti məqbuldur. Qarabağ Azərbaycan üçün suverenliyinin, əsas dövlət elementinin, milli kimliyinin, eləcə də sosial konsolidasiya olmamasının rəmzidir. Sadalanan faktorlar münaqişənin beynəlxalq qanunvericiliyə əsasən Azərbaycanın xeyrinə həll edilməsinə rəvac verir. Ermənilər isə bu amilləri çox gözəl dərk edir və sadəcə olaraq Qarabağdakı Azərbaycan elementləri ilə erməni ideyalarını genişləndirmək xislətinə sadiq qalırlar. I Qarabağ müharibəsində qələbə nəticəsində Ermənistan Qarabağla çox güclü istiqrazlar inşa edib. Dağlıq Qarabağın Azərbaycanın haqlı lehinə qəbul edilməsindən sonra rəsmi Bakı gələcəkdə Qarabağ erməniləri ilə bağlı aliliyini istisna etmir. Açıq şəkildə Azərbaycan münaqişə öz həllini tapandan sonra Qarabağa Ermənistanın haqsız nəzarətinə razı deyil. Status-kvonu öz xeyrinə həll etmək istəyən Ermənistan aqressiv ritorika və cəbhə xəttində müntəzəm açdığı atəşlərlə ixtiyarlarının Kremlin əlində olduğunu bəyan edirlər. Ermənistan məhz Rusiyanın səyləri sayəsində Qarabağı işğal edərək dünya ictimaiyyəti qarşısında "qüdrətli dövlət" imicini yaratmağa çalışıb. Rusiya Cənubi Qafqazda öz təsir dairəsini qoruyub saxlamaq üçün əsas istinad nöqtələri Dağlıq Qarabağ, (Gürcüstan) Abxaziya və Cənubi Osetiyadır. Hansı ki, həmin bu əraziləri Rusiya hərbi güclə təcavüz edərək işğal edib. Bu baxımdan Ermənistan Rusiyanın region siyasətində mühüm elementidir. Rusiyanın Ermənistan iqtisadiyyatına aktiv nəzarəti rəsmi İrəvanın Kremldən asılılıq dərəcəsini maksimum həddə çatdırıb. Ermənistanın demokratik dəyərlərə deyil, Rusiyaya inteqrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllində dinc kompromisin əldə olunması ehtimalını sıfıra endirir. Azərbaycanın siyasi və iqtisadi əlaqələrin diversifikasiyası, o cümlədən artan hərbi potensialı mümkün dərəcədə Cənubi Qafqazda hegemonluq etməsi Rusiya ilə baş-başa gəlmək riskini labüd edir. Münaqişənin həll edilməsində ən optimal ssenari problemin həllini Rusiya-Azərbaycan danışıqlar masasına keçirməkdir. Ermənistan isə ümumiyyətlə ssenaridə yer almır. Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan problemi deyil. Çünki, 22 ildir formal müstəqilliyə sahib olan Ermənistan böhran içərisindən çıxa bilmir və belə bir ölkənin özündən dəfələrlə güclü olan dövlətin ərazisini işğal etmək iqtidarında deyil. Dağlıq Qarabağ Rusiyanın Cənibi Qafqazdakı əsas sütundur, odur ki, Rusiya çökməmiş münaqişənin həlli mümkün deyil. 2008-ci ilə Gürcüstana məxsus olan Abxaziya və Cənubi Osetiyanın işğalı faktoru Rusiyanın Cənubi Qafqazdan öz xoşu ilə çəkilməyəcəyini göstərdi. Şəxsi maraqlarına və imperiya ambisiyalarına görə Rusiya işğal etdiyi Azərbaycan və Gürcüstan ərazilərindən geri çəkilməyəcək. Xüsusən də Kreml Dağlıq Qarabağdakı dominant mövqeyinə görə məsələnin həllini Azərbaycanın lehinə geri götürəcəyi inandırıcı da deyil. Bu mənada ATƏT-in Minsk Qrupu, BMT, NATO və Aİ-nin bütün cəhdləri boş və mənasızdır. Münaqişənin həll olunması üçün Azərbaycan Rusiyadan tamamilə imtina etməməlidir. Rəsmi Bakı RF ilə dostluq əlaqələri qurmalı və Kremli neytral zonaya çəkməlidir. Bundan sonra münaqişənin həlli üçün real şərait yaranacaq. Bundan sonra "pornoqrafik Ermənistan hökuməti" ilə danışıqlar səmərə verəcək, çünki Azərbaycanın açıq hərbi gücü ən azından Ermənistanın sonu ola bilər. Ermənilər də belə bir fəlakəti özləri üçün arzu etməzdilər. Ermənistan prezidenti Serj Sarkisyan isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yalnız Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasından sonra mümkün olacağını ifadə edir. Sarkisyan bu tip açıqlamaları ilə problemi çıxılmaz dalana dirəyir. Dağlıq Qarabağ uğrunda irimiqyaslı döyüş Ermənistan üçün siyasi, iqtisadi və demoqrafik fəlakət olardı. Müharibə Aİ və ABŞ-ın maraqlarına da uyğun gəlmir. Çünki, II Qarabağ müharibəsinin start götürməsi sözün həqiqi mənasında Avropa enerji təchizatını böhran içərinsinə soxacaq. Digər tərəfdən Qərbin Rusiyadan olan enerji asılılığını artıracaq. Rusiyaya qarşı olan qüvvələr bundan sonra Dağlıq Qarabağ müvzusunda daha həssas qərarlar çıxarmaq məcburiyyətində qalacaqlar. Dünya buna borcludur.
Mənsur Rəğbətoğlu