Türkçülüyün istinad nöqtəsi - Azərbaycan
Türkçülük tarixinin başlanma cümləsinin ilk hərfi və son durğusu - nöqtəsi Azərbaycandır
26 Fevral 2013 16:06 SiyasətTürkiyə prezidenti Abdulla Gül Xocalı qətliamının banisi Serj Sərkisyanı növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik etdi. Türkiyə Hava Yolları şirkəti isə millətçi, anti-türk erməni nəşri "Aqos"un aeroportda sərnişinlərə pulsuz paylamasına rəvac verdi. Qeyd edək ki, Gül şirkətin "Fəxri başqanı"dır. Faktlar bir sıra məsələləri gündəmə gətirmək və analiz etmək zərurətini ortaya qoydu. Əvvəlcə Türkiyədən Azərbaycana qarşı qərəzlərin bəzilərinin xronoloji ardıcıllığına nəzər yetirək:
İsmət İnönünün 146 Azərbaycan türkünü Stalinin əli ilə qətlinə əmr verməsi
1945-ci ildə 146 azərbaycanlı ziyalı Araz çayı üzərindən Boraltan körpüsünü keçərək Türkiyəyə sığınmaq istəyib. Stalin İnönü hökumətindən azərbaycanlıların geri verilməsini tələb edir. İnönü hökuməti mühacirlərin geri verilməsi əmrini verir. Sərhəd məntəqəsinin komandiri onların geri qaytarılmamasını xahiş edir və əmri dəfələrlə təkrarlatdırır. CXP hökumətindən konkret əmr gəlir. Azərbaycan türkləri türk komandirinə yalvarır ki, onları öldürsünlər, geri verməsinlər. Azərbaycanlılar öz-türk bayrağı altında ölmələrini xahiş edirlər. Çarəsiz qalan komandir 146 azərbaycanlını sovet komandirinə təhvil verir. Körpünü keçən azərbaycanlılar digər tərəfdə türk əsgərlərinin gözünün qarşısında əlləri bağlanılaraq qətlə yetirilir. Türk komandiri hadisədən özünə gələ bilməyərək intihar edir. İsmət İnönünün nəvəsi, CXP-dən olan Ankara millət vəkili Gülsüm Bilgəxan isə bildirib ki, dövlət başçısı ilk növbədə öz millətinin maraqlarını müdafiə etməlidir.
Türk müğənni Bülənt Ərsoyun Azərbaycan təhqirləri
Bir müddət qabaq Türkiyə kanallarının birində canlı efirdə yayımlanan Azərbaycan mahnılarının ifa olunmasından hisrlənən türk müğənnisi Bülənt Ərsoy azərbaycanlıları təhqir edərək bizləri "mənşəyi bilinməyən xalq" adlandırdı. Ərsoy təhqirlərində "Azərbaycanlılar öz torpaqlarını - Qarabağı satdılar", "Sarı gəlin" ermənilərin xalq mahnısıdır" ifadələrini də işlətdi. Həmin hadisədən sonra Ərsoy yenə də Azərbaycanı təhqirə davam etdi. Konsertlərinin birində türk müğənniyə yaxınlaşan azərbaycanlı jurnalist Ərsoya: "Buradan Azərbaycana salam göndərə bilərsiniz?" sualında Azərbaycan adının çəkilməsinə əsəbləşən müğənni: "Nə deyəcəyimi səndənmi soruşacam, ulan?" deyə əxlaqsızcasına reaksiya verdi.
Türkiyə "Wikipedia"sında aşağılanmış Azərbaycan
"Wikipedia"nın türk dilli variantında Azərbaycan ərazilərinin bir qismi Ermənistan əraziləri, bir qismi isə qarabağlı erməni separatçılarının "dövlət"i kimi göstərildi. "Wikipedia"nın "Ölkələr" bölməsində ermənilər tərəfindən işğal edilmiş ərazilər "Dağlıq Qarabağ Respublikası" yazıldı. Mənbədə "qondarma respublika" haqqında türk dilində ayrıca səhifə də açıldı. Səhifədə yazılır: "Bu maddə Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdə qurulmuş de-fakto müstəqil dövlət haqqındadır". Səhifədə həmçinin "Dağlıq Qarabağ Respublikası"nın "dövlət atributları" göstərildi. Digər tərəfdən Türkiyənin keçmiş prezidenti Əhməd Necdət Sezərin Ermənistanın sabiq prezidenti Robert Köçaryana məktubunda ona Cənubi Qafqazda sülhün qorunmasına görə minnətdar olması, türklərin idman televiziyalarından birində Avropa çempionatının seçmə mərhələsinin püşkü atılanda Azərbaycan və Türkiyənin eyni qrupda yer almasından sonra jurnalistin ölkəmizin futbol komandasını aşağılayaraq Azərbaycan səbətdən çıxan kimi "Türkiyəyə 6 xal gəldi" deməsi, türk müğənnisi Seda Sayanın televiziya proqramında Azərbaycan dilinə "bozuk türkcə" deməsi, son olaraq Türkiyə Hava Yollarının millətçi, antitürk təbliğatçısı erməni qəzeti "Aqos"u hava limanında sərnişinlərə pulsuz paylamasına razılıq verməsi, "Yaxşı Cazibə" serialında Azərbaycan qadınlarının, "Möhtəşəm yüz il" serialında Səfəvi hökmdarı, Şah İsmayılın nəvəsi Təhmasibin təhqir edilməsi və Türkiyə prezidenti Abdulla Gülün Xocalı qətliamının banisi Serj Sərkisyanı növbəti dəfə prezident seçilməsinə görə təbrik etməsi də eyni qəbildəndir.
Yaponiyadan Böyük Britaniyayadək dünyaya hökm edən Azərbaycan türkləri soysuz ola bilməz
SSRİ parçalandıqdan sonra Türkiyə cəmiyyətinin təfəkkür tərzində Azərbaycan barədə neqativ fikirlər formalaşmağa başladı. Türkiyə düşüncə tərzinə görə Azərbaycan şiə və ruspərəst dövlətdir. Tükiyədə hələ də sovet bayrağı altından çıxmış türk millətlərinə bir türk yox, qazax, özbək, qırğız, türkmən və azəri olmasına inanırlar. 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqilliyini elan edəndə Türkiyə prezidenti Turqut Özal Vaşinqtonda səfərdə idi. Jurnalistlər Özala sual verəndə ki, Azərbaycan müstəqil oldu, dostluq edəcəksinizmi Azərbaycanla? Turqut Özalın cavabı bu oldu ki, Azərbaycan özü kimi şiə İranı ilə yaxınlıq etsə bu Azərbaycan üçün daha yaxşı olar. Həmin bu ideya Türkiyə vətəndaşı üçün əsas stimuldur. Bu günki Türkiyə vətəndaşı Azərbaycana qeyri-türk dövləti münasibəti bəsləməkdədir. Türkiyədə Xocalı soyqırımını ananlara qarşı kürdlər və ermənilər tərəfindən edilən hücumlar Abdulla Gül hakimiyyətinin Azərbaycana vurduğu sonuncu zərbə oldu. Məsələyə dövlət səviyyəsində təpki göstərilməməsi Azərbaycanın hələ də Türkiyə üçün yad dövlət olması şübhəsini ortaya qoydu. Xüsusilə də Türkiyədə ayrı-ayrı şəxslər tərəfindən ermənilərə verilən imtiyazların artırılması başa düşülən deyil. Türk müğənnisi Bülənt Ərsoyun azərbaycanlıları "soysuz" adlandırması heç də əbəs deyil. Ermənilər 98 ildir ki, türklərin onlara soyqırım etməsi iddiasını dünyaya tanıtdırmaq səylərindədirlər. Bunun məntiqi nəticəsidir ki, bu gün 17 dövlət qondarma "erməni soyqırımı"nı tanıyır. Bu azmış kimi 92-ci ilin fevralın 26-da həmin ermənilər Xocalıda 613 nəfəri qanına qəltan elədilər. Azərbaycanın 20% ərazisini işğal etdi. Yenə də Azərbaycan və Türkiyəyə ərazi iddiasındadırlar. Ələlxüsus da Türkiyənin Anadolu bölgəsi və Van gölünün ətrafında olan ərazilərə tarixi erməni əraziləri kimi təqdim edirlər. Ermənilər 2015-ci ildə "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşırlar. Abdulla Gülün və bəzi hakimiyyət dairələrinin təqdir etdiyi bu millət 1918-ci ildə təkcə Ərzurumda 570, Trabzonda onlarla türkü qətlə yetiriblər. Bu azmış kimi Ermənistanın dövlət gerbində Türkiyənin tarixi vilayəti Ağrı erməni ərazisi kimi göstərilir. Bu milləti təqdir etmək "mən o millətin bütün işləklərinə göz yumuram, türklük mənim nəyimə?!" deməkdir. Türkiyə təhqirlərinin Bülənt Ərsoy, Seda Sayan və yuxarıda sadalanan bütün faktların ən düzgün cavabı tarixi şəxsiyyətlərin elmi əsərlərinə istinad etməkdir. Tarixçilər Yunus Oğuzun "Qədim Anadolu və Azərbaycan türkləri" adlı elmi və Bəxtiyar Tuncayın "Yunus Oğuza məktublar" kitabları bu baxımdan əhəmiyyətlidir. Hər iki kitabda qədim türklərin haralarda yaşadıqları, kimin soyunu daşıdıqları bu cür təsvir edilir:
"Milli tariximizin kökənlərinin ən azı b.e.ə VIII-VII əsrlərdə, kimmer-iskit-sak dövründən başlayır. Musa Kalankatlının "Alban tarixi" əsərində türklərin Nuhun oğlu Yasəf soyundan gəldikləri deyilir: "Dillərin qarışdığı vaxt Yasəfin soyundan on beş xalq gəlmiş və bunlar Okyanusa qədər şimal tərəfdən Midyadan Hesperiyaya qədər torpaqlarda sakin olmuşlar. Onların torpaqları budur: Atropatena, Albaniya, Amazoniya, Ərməniyyə, Kappadokiya, Helatiya, Kolxida, Hindistan, Bosporiya, Meotis, Deris, Sarmatiya, Torinis, Savromatiya, Skifiya, Trakiya, Makedoniya, Dalmasiya, Molxiya, Fessaliya, Lokriya, Beotiya, İtaliya, Attika, Apeya, Paleniya, Hunuiristim, İlliriya, Liquriya, Adriaka, İspanohalliya, İberiya, Böyük İspaniya". Maraqlıdır ki, türklərin Yafəs soyunun əlində olan ölkələrdən söhbət açılarkən ilk sırada Atropatena və Albaniyanın, indiki dillə desək Azərbaycanın adı çəkilir. Bu isə o deməkdir ki, yuxarıda sadalanan bütün bu ərazilər məhz Azərbaycan ərazisindən idarə edilmişdir. Təsadüfi deyil ki, əski şahlar idarələri altında olan ölkələri sayarkən oturduqları ölkəni birinci sırada qeyd edərdilər. Türk soyunun ilk nümayəndələri məhz ilk olaraq Azərbaycanı özlərinə mərkəz seçiblər"
Hər şey dəqiqliyi ilə aydındır ki, dilimiz heç də "bozuk türkcə" deyil, bu isə o deməkdir ki, türkçülük Azərbaycandan başlayıb. Türk dilinin istinad nöqtəsi Azərbaycandır. Müstəqil dövlətçilik ənənələri Azərbaycanda e.ə VIII-VII kimmer-iskit-sak tayfaları ilə başladığı halda Türkiyədə bu ənənə Bizans imperiyasının əsarəti altında olarkən başlayıb. Müstəqil dövlət qurmaq isə bizim eranın birinci minilliyində səlcuq tayfalarının Ön Asiyaya köçündən sonraya təsadüf edir. Yəni ki, Bülənt Ərsoyun dediyi kimi Azərbaycan türkləri "soysuz" deyil. Çünki, mənbələr də sübut edir ki, türkçülük tarixinin başlanma cümləsinin ilk hərfi və son durğu işarəsi - nöqtəsi Azərbaycandır. Biz o millətin nümayəndəsiyik ki, türk olmayan millətlər türklərin Turan adı altında birləşməsinin qəti əleyhinədirlər. Çünki, həmin millətlərin beyin mərkəzlərində bu fakt kimi öz əksini tapır ki, türklər dünyanı idarə etmək iqtidarındadırlar. Bu millətdən dünyada Azərbaycandan olan ümumilikdə 60 milyona yaxın türk yaşayır. Ən maraqlı məqam isə ondan ibarətdir ki, özlərini türk adlanıdıran bu şəxslərin təhqirlərinə dövlət səviyyəsində cavab verilmədi. Türklərin Turan ideyasını gerçəkləşdirmə prosesinə girdiyi mərhələdə türk dövləti Azərbaycanı türkün əlilə təhqir edilməsi yoverilməzdir. Bu amillər yalnız türkçülük ənənəsinə xələl gətirər. Gözlənilməyən zərbəni gözləmədiyin millətdən yemək heç də yaxşıya əlamət deyil. Belə faktlar silsilə şəklində uzansa bu yalnızca qeyri-millətlərin anti-türk təbliğatının genişləndirməsinə şərait yaradacaq. Siyasi proseslərin türk dünyasının əleyhinə işlədiyi bir vaxt Türkiyənin atdığı bu addım türk dünyası adına yalnız minus gətirən amildir. Abdulla Gülü başa düşmək olar-o qanında erməni genini daşıyır. Bu mütləqdir ki, bütün türk dünyası özünü xilas etmək üçün türk olmayan bütün dövlət başçılarını devirməlidir. Əks təqdirdə hələ uzun illər 350 milyondan çox türk qeyri-millətlər tərəfindən etnik azlıq kimi idarə ediləcək. Türksənsə, tək amalın Turandırsa ilk öncə türk olmayan başçını devirməlisən, bu birmənalıdır!
Mənsur Rəğbətoğlu