Rəcəb Tayyib Ərdoğan: “Xocalıdakı insanlıq dramını unutmayacaq və unutdurmayacağıq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) parlament fraksiyasının bu gün Ankarada keçirilən toplantısındakı çıxışına Xocalı qurbanlarının xatirəsini yad etməklə başlayıb.

APA-nın xəbərinə görə, R. T. Ərdoğan Xocalıda kütləvi qətl törədənlərin hələ də öz cəzalarını almadığını bildirib: "Azərbaycanlı qardaşlarımızın acısını ürəkdən bölüşdüyümüzü bir daha ifadə edirəm. 21 il əvvəl qətlə yetirilən 613 qardaş-bacımızı təkrar rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımız kimi, biz də bu insanlıq dramını unutmayacaq və unutdurmayacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00