“Prezidentin təbrik etdiyi Sarkisyanın əlində Xocalının qanı hələ də qalır”
“Xocalının qanı qurumadan heç kim Ermənistana yaxınlaşmamalıdır”
26 Fevral 2013 15:48 SiyasətMilliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında çıxış edərək prezident Abdulla Gülün Serj Sarkisyana təbrik məktubu göndərməsini sərt tənqid edib.
"Qafqazinfo"nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Baxçalı Gülün seçkilərdə qalib gəlməsi münasibətilə Sarkisyanı təbrik etməsindən Azərbaycan xalqının incidiyini qeyd edib: "Cənab prezident Gülün Ermənistanda seçkiləri qazanan Sarkisyanı təbrik etməsi xoş deyil. Cənab prezidentin təbriki hamımızı, xüusən də azəri qardaşlarımızı incitdi. Prezidentin təbrik etdiyi şəxsin əlində Xocalının qanı hələ də qalır.
Zaman zaman Türkiyəyə gələrək partiyamızı da hədəf alan bəzi azərbaycanlı millət vəkilli daha nə qədər bu düşüncənin əsiri olacaq. Türkiyəni idarə edən şəxslər bu gün yaxşı görünüb, dünəni yox sayacaqlarsa bir gün peşman olacaqlar. Xocalının qanı qurumadan heç kim Ermənistana yaxınlaşmamalıdır. Əks təqdirdə günaha batacaqlar. Xocalı da daxil olmaqla erməni hücumlarında şəhid olanlara Cənab-i Allahdan rəhmət diləyirəm".