Məşvərət Məclisi kütləvi aksiyalara start verir
26 Fevral 2013 15:41 SiyasətDemokratik Qüvvələrin Məşvərət Məclisi də yaxın vaxtlarda kütləvi aksiyalar keçirə bilər. Bu barədə "OLAYLAR"-a məlumat verən Məşvərət Məclisinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, kütləvi aksiyalarla bağlı məsələ Məşvərət Məclisinin Nümayəndələr Palatasının növbəti toplantısında müzakirə olunacaq: "Mart ayında Nümayəndələr Palatasının növbəti iclası keçiriləcək. Həmin iclasda kütləvi aksiyalarla bağlı qərar qəbul ediləcək". Əhməd Orucun sözlərinə görə, Məşvərət Məclisinin keçirəcəyi aksiyalarda əsasən siyasi tələblər irəli sürüləcək: "Aksiyalar seçki mühitinin normallaşdırılması, demokratik seçki mühitinin yaradılması kimi şüarlarla keçiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00