İstanbulda Xocalı faciəsi qeyd edilib
26 Fevral 2013 15:34 Siyasətİstanbulun Kanyon Konqres Mərkəzində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, mərasimdə bu faciədən bəhs edən "Xoca" filmi nümayiş olunub. Baş konsul Həsən Zeynalov mərasimdə çıxış edərək ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə iştirakçılara məlumat verib. Anım mərasimində Azərbaycan və Türkiyənin millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00