Yaponiya nümayəndə heyətinin Azərbaycana səfəri başlanır
26 Fevral 2013 15:23 SiyasətFevralın 26-da Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Mitsubishi elektrik korporasiyası, Mitsubishi Ağır Sənaye MMC, Nippon elektrik korporasiyası, IHI Corporation, IHI AEROSPACE Co, PASCO, JAMSS, Mitsubishi, Sumitomo, Itochu korporasiyaları, Yaponiya Kosmos Forumu, Aerokosmik Tədqiqat Agentliyi, Kosmos Sistemləri, Uzaqdan İdarəetmə Mərkəzi, Aerokosmik şirkətləri cəmiyyəti daxil olduğu Yaponiya nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır. "Olaylar" Mincom.gov.az saytına istinadən bildirir ki, fevralın 28-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə fevralın 27-28-də Bakıda Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı (Azerbaijan-Japan Space Sector Workshop) keçiriləcək. Yaponiyanın hər il müxtəlif ölkələrdə keçirdiyi eyniadlı tədbirlər silsiləsinin ölkəmizdə keçirilməsinin əsas məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafının təmin edilməsi və ikitərəfli əməkdaşlığa töhfə verilməsidir. Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub, həmçinin onlar Peykin Yerüstü İdarəetmə Mərkəzi ilə tanış olacaqlar.