Tələbələr mübarizə meydanında Xocalı faciəsini anıblar

Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Biləcəri qəsəbəsində yerləşən Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə VII Respublika turniri keçirib. Nazirlikdən "OLAYLAR"-a verilən məlumata görə, Xocalı soyqırımının 21-ci ildönümü ilə

əlaqədar təşkil edilən turnirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Yarışda respublikanın 40 ali və orta ixtisas təhsili müəssisəsinin 160
tələbəsi iştirak edib.
Yekun nəticəyə əsasən, Azərbaycan İqtisad
Universitetinin komandası turnirin qalibi adını qazanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00