YAP-çılar Avropa turnesinə çıxıb
26 Fevral 2013 15:17 SiyasətAlmaniyanın Konrad Adenauer Fondunun dəvəti ilə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə işguzar səfərdədir. Partiyadan "OLAYLAR" -a daxil olan məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Almaniyanın hakim Xristian Demokratlar Birliyinin rəsmiləri, eləcə də Almaniya Bundestaqının bir sıra üzvləri ilə görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər haqqında geniş fikir mübadiləsi aparacaq. Proqrama əsasən, nümayəndə heyəti Bundestaqın Xarici Məsələlər üzrə Komitəsinin üzvü, XDB fraksiyasının xarici siyasət üzrə sözçüsünün müavini cənab Karl - Georg Uelman, XDB partiyası Beynəlxalq Əməkdaşlıqlar Şöbəsinin müdiri cənab Bertil Uenger, Bundestaqda XDB fraksiyasının sədrinin müavini, partiyanın idarə heyətinin üzvü cənab Mişel Fuks ilə görüşlər keçiriblər. Almaniyada görüşlər başa çatdıqdan sonra YAP nümayəndə heyəti fevralın 27-də Brusselə səfər edəcək və burada bir sıra görüşlər keçirəcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00