Azərbaycanın Çexiyadakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Xocalı Soyqırımının 21-ci ildönümü anılıb
26 Fevral 2013 12:38 SiyasətAzərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, cari ilin 24 fevral tarixində səfirliyin təşkilatçılığı və dəstəyi ilə Praqada təhsil alan azərbaycanlı tələbələr tərəfindən şəhərin "Respublika" meydanında Xocalı Soyqırımının 21-ci ildönümü anılmışdır. Tədbirdə Xocalı soyqırımına dair sənədli fılm, eləcə də "Xocalıya ədalət" kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilmişdir. Tədbirdə həmçinin, Heydər Əliyev Fondu tərəfındən təqdim edilmiş Xocalı Soyqırımına dair fotoşəkillərdən ibarət sərgi də təşkil edilmişdir. Tədbirdə çıxış edən səfir Tahir Tağızadə iştirakçılara Xocalı Soyqırımı barədə ətraflı məlumat vermiş və faciə ilə əlaqədar bir neçə dövlət, o cümlədən Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən hüquqi qiymət verildiyini qeyd etmişdir.