Qırğızda Xocalı anımı
26 Fevral 2013 12:37 SiyasətFevralın 25-də Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyində Xocalı Soyqırımının 21-ci il dönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir. Tədbirdə Səfir Hidayət Orucov Xocalı soyqırımının Xatın, Babi-Yar kimi XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu və soyqırım qurbanlarına qarşı erməni silahlı dəstələri və bilavasitə onların havadarları olan keçmiş SSSR-yə məxsus 366-cı moto-atıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən danışmışdır. Sonra, Səfir Azərbaycan dövlətinin Xocalı Soyqırımın dünya ictimayyətinə tanıdılmasında Ümümmilli liderimiz Heydər Əliyevin əvəzsiz rolunun olduğunu və bu işin Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla aparıldığını qeyd etmiş, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata kecirilən "Xocalıya Ədalət" hərəkətının bu soyqırımın geniş miqyasda tanınıdılmasında çox böyük rolunun olduğunu vurğulamışdır. Hidayət Orucov bu soyqırımın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün türk dünyasına və bütün insanlığa qarşı olduğunu vurğulamışdır. Səfir Xocalı soyqırımının ölkələr və təşkilatlar tərəfindən tanınmasını xüsusilə qeyd etmişdir. Soyqırımın Qırğızstan Respublikasında tanıdılması istiqamətində Səfirlik tərəfindən işlərin aparıldığını vurğulamışdır.