Azərin TRT-də Xocalıdan danışacaq

Azərbaycanın əməkdar artisti Azərin bu gün axşam Türkiyənin TRT telekanalında "Xocalı" soyqırımına həsr olunan xüsusi buraxılışla canlı yayımda olacaq.
"Qafqazinfo"nun məlumatına görə, "Azərinlə bir Avaz" proqramına bu dəfə Bosniya Herseqovinadan və Tatarıstandan qonaqlar dəvət edib. Azərin bu dəfə bütün proqramı Xocalıda baş verən dəhşətli soyqırama həsr edəcək.
Proqramda Xocalıda baş verənlər haqqında geniş məlumat veriləcək, sənədli materiallar veriliş boyu təqdim olunacaq. Bir sözlə Azərbaycanın əməkdar artisti Türkiyədən "Xocalı" deyərək bütün dünayaya bir daha səslənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00