Lefkoşada "Xocalıya Ədalət" yürüşü
25 Fevral 2013 17:43 SiyasətŞimali Kipr Türk Respublikasında Xocalı yürüşü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan Kültür Mərkəzi, Qazetecilər və Yazarlar birliyi, Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi və Yaxın Doğu Universiteti Azərbaycanlı Tələbələr Birliklərinin təşkil etdiyi yürüşdə Kipr Milli Məclisindən, Azərbaycanda, Türkiyədə və Kiprdə fəaliyyətdə olan bir neçə dərnəklərdən, Kipr universitetlərindən tələbələr iştirak edib.
Xocalı həqiqətlərini dünyaya tanıtmaq məqsədilə keçirilən yürüşdən sonra Türk Şəhidləri abidəsi önündə anım mərasimi baş tutub. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni və Türkiyə istiqlal marşı səslənib. Tədbir daha sonra iştirakçıların çıxışları ilə davam edib.