İrəvandan Xocalıya enəcək təyyarədə azərbaycanlı əsirlər olacaq - ŞƏRH
Əli Oruclu: “Ermənistanın bu cür provakativ addım atacağı gözləniləndir”
25 Fevral 2013 14:47 Siyasətİrəvan Xocalı aeroportunu istifadəyə verməyə hazırlaşır. Siyasi analitiklər hesab edirlər ki, İrəvandan Xocalıya qalxan ilk təyyarədə sərnişinlər olmayacaq. Bu məqamda isə Ermənistan hakimiyyətinin qurban seçdiyi insanlar bu ölkədə əsir olan azərbaycanlılar ola bilər. Ermənistan tərəf dəqiq bilir ki, Azərbaycan tərəfi həmin təyyarəni vuracaq. Odur ki, Erməni hakimiyyəti azərbaycanlıları öz əli ilə vurmağa səy göstərəcək. Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə ermənilərin bu cür addımlar atacağı gözləniləndir: "Bu gün də ermənilər bu cür provakativ addımlardan geri çəkilmirlər. Xocalı ətrafında yaranan bütün məsələlərin mərkəzində Azərbaycanı təxribata çəkmək dayanır. Aeroportun istifadəyə verilməsi bütün regionu çıxılmaz vəziyyətə salacaq. Bu baş verərsə Cənubi Qafqazı çox ciddi gərginliklərə itələyəcək. Qarşıdurmaların yaranacağı da əsas söz mövzusu ola bilər. Bunu təkcə Ermənistan yox, Rusiya da istəyir. Ermənilərin atdığı bütün addımlar Rusiyanın təhrikilə həyata keçirir" ("OLAYLAR" İA)