Səbail rayonunda Xocalı faciəsinin qurbanları anılıb

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisəlrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər  təşkil olunmuşdur. Tədbirlər çərçivəsində fevralın 25-i rayonun orta və ali məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, rayonun ali məktəblərində anım tədbirləri keçirilmiş, Dövlət Gənc Tamaşaçılar Teatrında "Əcəl atı" tamaşasına, Badamdar Mədəniyyət evində isə Aygün Həsənoğlunun "Adsız qadın" romanı əsasında hazırlanan tamaşaya ictimai baxış təşkil olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00