Paşinyan Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini qəbul etmir
Rusiya ilə Ermənistan arasında hələ də bir çox problemlər həllini tapmamış qalır. Keçən ilin aprelində işğalçı ölkədə baş verən hakimiyyət dəyişikliyi və inqilabçı Nikol Paşinyanın hakimiyyəti zəbt etməsi ilə gərginləşən Moskva-İrəvan münasibətləri hər ötən gün özü üçün yeni problemlərə yol açır. Paşinyanın İrəvanın yolunu Rusiyadan Qərbə doğru çevirmək istəyi Kreml tərəfindən ciddi narazılıqla qarşılansa da, inqilabçı baş nazir hələlik geri dönüş etmək fikrində görünmür. Elə bu səbəbdən də Moskva tərəfindən Ermənistana qarşı təzyiqlər artır. Hər halda sabiq prezident Robert Köçəryana Rusiyadan siyasi dəstəyin verilməsi, Paşinyanın siyasi təzyiqinə məruz qalan erməni siyasətçilərin himayə edilməsi bunların əyani sübutudur. Bütün bunların fonunda eyni zamanda “Qazprom”un Ermənistana satdığı qazın qiymətini qaldırmaq barədə açıqlaması İrəvanın Moskva tərəfindən əməlli-başlı küncə sıxışdırılması deməkdir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın müntəzəm olaraq Moskvaya gedərək Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparması da öz müsbət nəticəsini vermir. Bu günlərdə Paşinyanın yenidən Putinlə görüş üçün xahiş etməsi və Kreml rəhbəri ilə bir artaya gəlməsi belə problemlərin həllinə yol aça bilmədi.
29 Yanvar 2019 13:18 SiyasətRusiya ilə Ermənistan arasında hələ də bir çox problemlər həllini tapmamış qalır. Keçən ilin aprelində işğalçı ölkədə baş verən hakimiyyət dəyişikliyi və inqilabçı Nikol Paşinyanın hakimiyyəti zəbt etməsi ilə gərginləşən Moskva-İrəvan münasibətləri hər ötən gün özü üçün yeni problemlərə yol açır. Paşinyanın İrəvanın yolunu Rusiyadan Qərbə doğru çevirmək istəyi Kreml tərəfindən ciddi narazılıqla qarşılansa da, inqilabçı baş nazir hələlik geri dönüş etmək fikrində görünmür. Elə bu səbəbdən də Moskva tərəfindən Ermənistana qarşı təzyiqlər artır. Hər halda sabiq prezident Robert Köçəryana Rusiyadan siyasi dəstəyin verilməsi, Paşinyanın siyasi təzyiqinə məruz qalan erməni siyasətçilərin himayə edilməsi bunların əyani sübutudur. Bütün bunların fonunda eyni zamanda "Qazprom"un Ermənistana satdığı qazın qiymətini qaldırmaq barədə açıqlaması İrəvanın Moskva tərəfindən əməlli-başlı küncə sıxışdırılması deməkdir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın müntəzəm olaraq Moskvaya gedərək Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparması da öz müsbət nəticəsini vermir. Bu günlərdə Paşinyanın yenidən Putinlə görüş üçün xahiş etməsi və Kreml rəhbəri ilə bir artaya gəlməsi belə problemlərin həllinə yol aça bilmədi.
Ermənistanla Rusiya arasında cərəyan edən gərgin proseslər fonunda bir çoxları hesab edir ki, İrəvan-Moskva münasibətlərin gərginləşməsi istər-istəməz Dağlıq Qarabağ probleminin həllinə də təsirsiz ötüşməyəcək və Moskva İrəvana qarşı öz təsir rıçaqlarından istifadə edəcək. Ancaq bunun əksini düşünənlər də var. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Rusiya ilə Ermənistan arasında əsən soyuq rüzgarlar Moskvanın heç də Qarabağla bağlı konustruktiv mövqe tutmasına gətirmir. Onun sözlərinə görə, Nikol Paşinyanın prezident İlham Əliyevlə üç dəfə qeyri-rəsmi görüşü və birbaşa təmasları , Rusiyanın ictimai-siyasi dairələrinin Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşündən özlərinə uyğun "nəticələr" çıxarması əsasən, onların narahatlıqlarından irəli gəlir: "Çünki, iki lider arasında birbaşa təmas Moskvanın iştirakı olmadan reallaşdığına görə, bu Kreml kuluralarında qıcıq yaradır. Qeyd edim ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini qəbul etmir. Məhz Nikol Paşinyanın Davosdan birbaşa Moskvaya getməsi , Kreml rəhbəri Vladimir Putin tərəfindən qəbul edilməməsi , Kremlin indiki hakmiyyəti ilə dərin fikir ayrılıqlarının təzahürüdür. Bura Qarabağ münaqişəsinin həll variantları da daxildir.Nikol Paşinyan Kremlin "Lavrov planını" qəbul etmir, Vaşinqtonla əlaqələrə üstünkük verir. Çünki, bu onun hakmiyyəti üçün Moskva tərəfindən təhdid və təhlükədir. Bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki , Kremlin ideoloqu , politoloq Aleksandr Dugin qeyd edir ki, Nikol Paşinyan Serj Sərkisyanın vaxtı ilə razılaşdığı beş rayondan imtina edir. Amma , Dugin bilərəkdən beş rayon əvəzində şərtləri açıqlamır. Ona görə ki, beş rayonun əvəzində Kremlin şərti ölkəmizin əleyhinədir. A. Dugin vurğulayır ki, Nikol Paşinyan Aprel döyüşlərindən sonra Qarabağla bağlı razılaşmaları pozub. Göründüyü kimi, Dugin Sarkisyanı müdafiə edir, Paşinyana nifrəti gizlətmir. Çünki, Rusiyanın geosiyasi maraqları konteksdən yanaşır, Ermənistanda inqilabı ölkəsinin geostrareji maraqlarına təhlükə sayır. Ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyünün bərpasını ölkəsi üçün təhlükə görür".
Politoloqun sözlərinə gör, A. Duginin qeyd etdikləri Azərbaycanın milli maraqlarına təhdiddir və o, Qarabağ klanını dolayı yolla dəstəkləyir: "Dugin yaxşı olardı desin ki, yeddi rayon qaytarılsın və ümumiyyətlə Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həll edilsin. Amma , bunu dilinə gətirmir. Kremlə yaxın politoloqlar Sergey Makrov , Şevçenko və Dugin özlərini Azərbaycana dost sayırlarsa , ilk növbədə nala-mıxa vurmamalıdırlar. Konkret olaraq , ədalətli və BMT qətnamələrini rəhbər tutmalıdırlar. Hazırda Vaşinqtondan verilən mesajlar daha da Azərbaycan üçün məqbul sayıla bilər. Çünki , yeddi rayonun qaytarılması ilə bərabər münaqişəni ərazi bütövlüyü çərçivədində həlli qeyd edilir.
Nəinki, Kremlə yaxın dairələrin canfəşanlığı, Paşinyanın Sarkisyanın " konusturktiv" razılaşmasını pozması kimi absurd bəyanatları , yalnız Rusiyanın maraqlarının qorunmasına xidmət edir".
Füzuli