AntiAzərbaycan qüvvələrin maşası rolunu oynayanlar

Son illər qəribə və qəribə olduğu qədər də təəssüfedici bir tendensiya müşahidə edilir. Belə ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artdığı və bu prosesdə Azərbaycanın üstünlüyü nəzər çarpdığı ərəfədə antiAzərbaycan qüvvələr də buna paralel olaraq fəallaşırlar. Özü də üç istiqamət üzrə. Birincisi, Avropanın bəzi siyasi təsisat və institutları, orada təmsil olunan ermənipərəsət siyasilər, ikincisi həmin dairələrə kölə xidməti edən daxildəki radikal müxalifət, üçüncüsü erməni lobbisi. Hər üçünün də məram və məqsədi eynidir.

Son illər qəribə və qəribə olduğu qədər də təəssüfedici bir tendensiya müşahidə edilir. Belə ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artdığı və bu prosesdə Azərbaycanın üstünlüyü nəzər çarpdığı ərəfədə antiAzərbaycan qüvvələr də buna paralel olaraq fəallaşırlar. Özü də üç istiqamət üzrə. Birincisi, Avropanın bəzi siyasi təsisat və institutları, orada təmsil olunan ermənipərəsət siyasilər, ikincisi  həmin dairələrə kölə xidməti edən daxildəki radikal müxalifət, üçüncüsü erməni lobbisi. Hər üçünün də məram və məqsədi eynidir. Azərbaycanı zəiflətmək, onun imicinə zərbə vurmaq, beynəlxalq aləmdə ölkəmiz barədə mənfi rəy formalaşdırmaq. Elə cari ilin əvvəllərindən müşahidə etdiyimiz proseslər belə deməyə əsas verir. Diqqət edək, 2019-cu ilin Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən irəliləyiş ili olacağına dair fikirlər səsləndiyi, Azərbaycan və Ermənistan arasında Qarabağ probleminin həlli istiqamətində təmasların, görüşlərin artdığı bir ərəfədə Azərbaycan Avropadakı adıçəkilən siyasi institut, təsisatlar tərəfindən ədalətsizliklə üzləşir. Ölkəmiz əleyhinə qərəzli qətnamə qəbul edilir. İddia olunur ki, guya Azərbaycanda insan hüquq və azadlıqları, media azadlığı pozulur, guya bu sahədə ciddi problemlər var. Özü də həmin qətnamənin qəbulu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü və həmin görüşdə xalqların sülhə hazırlanması barədə açıqlamaların verildiyi bir vaxta təsadüf edir. Yəni, bununla erməni lobbisinin maraqlarına xidmət edən avropalı siyasilər belə bir fikir formalaşdırmaöa çalışırlar ki, Azərbaycan dövləti heç öz vətəndaşına qiymət vermir, onun hüquq və azadlıqlarını pozur. Sabah torpaqlar işğaldan azad ediləcəyi və ermənilərlə azərbaycanlılar bir arada yaşayacağı təqdirdə ermənilərin hüquq və azadlıqları necə qorunacaq? Fikir verirsinizsə, məqsədli şəkildə və qərəzli formada hazırlanmış sözügedən qətnamənin əsas məqsədlərindən biri də Qarabağ probleminin həlli istiqamətində artan diplomatik fəallığa mane olmaqdadır. Əks təqdirdə Avropa Parlamenti adlı qurum adi kağız parçasından ibarət olan bir sənədini ən azı danışıqlar prosesindən bir müddət əvvəl qəbul edərdi.

Avropada antiAzərbaycan kampaniyası getdiyi bir ərəfədə daxildəki radikal düşərgə, daha dəqiq desək erməni lobbisinə və ona xidmət edən avropalı siyasilərə maşalıq edən siyasilər yenidən ictimai-siyasi sabitliyi pozmağa, ölkədə gərginlik yaratmağa çalışırlar. Yanvarın 19-da ümumxalq mitinqi adı altında keçirilən aksiya bunun əyani sübutudur.  Aksiyanın uğursuzluğunu bir kənara qoyaraq öncəliklə onu qeyd etmək lazımdır ki, "ümumxalq mitinq"i üçün heç bir sosial sifariş yox idi. Yalnız sifariş Avropadakı antiAzərbaycan qüvvələrdən gəlmişdi ki, burada da məqsəd aydın idi.

Qeyd etdiyimiz kimi, yanvarın 19-da Azərbaycan müxalifəti, daha dəqiq desək müxalifətin radikal qanadı daha bir uğursuzluöa düçar oldu. Günlərlə sosial şəbəkədə, özlərinə yaxın olan media qurum və quruluşlarında mitinqə çağırışlar edilsə də, Azərbaycan xalqı bu dəfə də rardikallara dəstək nümayiş etdirmədi ki, bunun da bir neçə səbəbi var.

Birincisi, Azərbaycan xalqı uzun illərdir ki, radikal siyasi düşərgənin yerində saydığı, cəmiyyətə, dövlətə, hakimiyyət orqanlarına heç bir səmərəli təklif vermədiyinin fərqindədir. Hələ də 90-cı illərin Meydan eyforiyasından ayılmayan bu qüvvələr 25 ildən artıqdır ki, Avropadakı antiAzərbaycan qüvvələrin çaldıqları havaya oynayırlar.  Nə say tərkibin, nə elektorat baxımından heç bir artımı olmayan müxalifətin niyyəti də bu düşərgənin cəmiyyət tərəfindən dəstək görməməsinin şərtləndirən ikinci amildir. Belə ki, radikal müxalifətin əsas məqsədlərindən biri Avropadakı ağalarının əli ilə Azərbaycanda xaos. Anarxiya yaratmaq, ölkəmizi Suriya, Yəmən, Liviyaya çevirməkdir. Xalq isə haqlı olaraq bu niyyətə, məqsədə qarşıdır və cəmiyyət ölkədə sabotliyin tərəfdarıdır, xaos, anarxiyanın deyil. Ona görə də birmənalı olaraq müxalifətin aksiyalarına heç bir dəstək verilmir.

Müxalifətin cəmiyyət tərəfindən dəstək görməməsinin digər bir səbəbi isə bu düşərgədə heç bir yeniliyin edilməməsidir. İnsanlar artıq köhnə simaları, pas atmış partiya sədrlərini tribunalarda görməkdən bezib. Gənclərin önə çıxmasına heç cür imkan verməyən radikal düşərgə öz ətrafına ziyalı, cəmiyyətdə nüfuzu, çəkisi olan insanları da cəlb edə bilmir. 

Elə yanvarın 19-da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq bir daha onun zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi. Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi" internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31