Gürcüstanda sabitlik bölgə üçün vacibdir

“Gürcüstanın yeni prezidentinin seçilməsi Azərbaycanla münasibətlərdə böyük dəyişiklik yaratmayacaq. Azərbaycan və Gürcüstan arasında həyata keçirilən iqtisadi layihələr iki ölkənin maraqlarını birləşdirir. Hər iki ölkə arasında əməkdaşlıq münasibətləri var. Gürcüstan hakimiyyəti də bunu yaxşı anlayır”. Bu fikirləri Olaylar.Az-a politoloq Zaur Məmmədov deyib.

"Gürcüstanın yeni prezidentinin seçilməsi Azərbaycanla münasibətlərdə böyük dəyişiklik yaratmayacaq. Azərbaycan və Gürcüstan arasında həyata keçirilən iqtisadi layihələr iki ölkənin maraqlarını birləşdirir. Hər iki ölkə arasında əməkdaşlıq münasibətləri var. Gürcüstan hakimiyyəti də bunu yaxşı anlayır". Bu fikirləri Olaylar.Az-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan üçün Gürcüstanda kimin prezident olmasının əhəmiyyəti yoxdur: "Bölgə üçün əhəmiyyətli olan Gürcüstandakı sabitlikdir. Gürcü xalqı öz iradəsi ilə istədikləri namizədə səs verib və yeni prezidentini təyin edib.

Azərbaycan və Gürcüstan Avropa, Asiya Arasında körpü rolunu oynayırlar. Demək olar ki, hər il iki ölkə arasında yeni layihələrin reallaşmasının şahidi oluruq. Bütün bunlar hər iki ölkə arasında olan münasibətlərdə heç bir prOblemin olmadığını göstərir. Lakin Azərbaycan və Gürcüstan arasında münasibətləri pozmağa çalışan yetərincə qüvvələr var. Gürcüstanın Azərbaycandan iqtisasi aslılığı onun manevr imkanlarını daraldır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31