"Azərbaycan-Gürcüstan əlaqələri indiyədək olduğu kimi inkişaf edəcək"

"Gürcüstanda keçirilən seçkilər heç bir halda iki ölkə arasında olan tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinə mənfi təsir göstərə bilməz. Çünki, iki ölkə arasında əlaqələr və münasibətlər eyni maraqlara xidmət edir". Bu fikirləri  Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Gürcüstanın yeni Konstitusiyasına uyğun olaraq, bu ölkə prezidentin səlahiyyətlərinin hətta Britaniya kraliçasından az olduğunu deyən deputat söyləyib ki, bu baxımdan qonşu Gürcüstanın prezidenti sadəcə olaraq dövlət simvolu funksiyasını daşıyır: "Bu baxımdan deyə bilərik ki, Gürcüstan hakimiyyətinə yeni qüvvə gəlməyib. Qonşu ölkədə parlament hakimiyyəti sisteminin olduğunu nəzərə alsaq, Azərbaycan-Gürcüstan əlaqələri indiyədək olduğu kimi inkişaf edəcək".

A.Mollazadə qeyd edib ki, yeni prezident Salome Zurabişvili Gürcüstanda aparıcı qüvvənin namizədidir və olan dəstəyi ilə seçilib: "Heç nə dəyişmədiyi üçün də Azərbaycan-Gürcüstan münasibətləri olduğu kimi davam edəcək".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31